AZ

Bu ərazilərdə kirayə evlər fantastik qiymətə qalxıb – 5 min AZN-dək…

“Hazırda şəhərin mərkəzində Səbail, Nəsimi, Nərimanov rayonları, o cümlədən Yasamal rayonunun prestijli hissəsində qiymətlər çox yüksəkdir”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

AQC sədri əlavə edib ki, qiymətlər otaqların sayı, təmiri və komfort səviyyəsinə görə 800-2000 manat arasında dəyişir:

“Qiyməti daha baha qiymətə olan mənzillər də var ki, orada xarici vətəndaşlar, səfirlik işçiləri, xarici şirkət nümayəndələri yaşayrılar. Bu mənzillərdə kirayə qiymətlər isə 5 min AZN-ə qədər yüksəlir”.

Seçilən
11
4
nocomment.az

5Mənbələr