Bakı. Trend:
Dekabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarova İran İslamRespublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərliketdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentdən Trend-ə verilənməlumata görə, söhbət zamanı diqqətə çatdırılıb ki, cari ildə İranİslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizəsəfərləri, eləcə də digər yüksək səviyyəli qarşılıqlı səfər vəgörüşlər, imzalanan sənədlər ikitərəfli münasibətlərin inkişafındamühüm əhəmiyyət kəsb edir və ölkələrarası əməkdaşlıq gündəliyininxeyli zəngin olmasını göstərir.
Qeyd olunub ki, ölkələrimiz arasında həm siyasi-iqtisadi,ticarət və nəqliyyat sahələrində, həmçinin mədəni-humanitarsahələrdə əlaqələrin möhkəmlənməsi və əməkdaşlıq imkanlarınıngenişlənməsi ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühümtöhfə verir. Eyni zamanda vurğulanıb ki, Azərbaycan ilə İranarasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrəDövlət Komissiyasının fəaliyyəti və həyata keçirilən birgəlayihələr böyük əhəmiyyət kəsb edir.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsirgöstərən amillərdən biri kimi qanunverici orqanlarımız arasındaəməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. SahibəQafarova İran İslam Respublikasına səfərini məmnuniyyətləxatırladaraq, səfər zamanı keçirilən görüşlərin parlamentlərimizarasında münasibətlərə müsbət töhfə verdiyini bildirib.
Milli Məclisin sədri həm ikitərəfli əsasda, həm dəParlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının ParlamentŞəbəkəsi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlamentİttifaqı və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıkimi mötəbər beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığınhəyata keçirildiyini qeyd edərək, bu əlaqələrin daha dagenişləndirilməsi üzrə birgə səylərin davam etdirilməsininzəruriliyini vurğulayıb. Bu mənada, parlamentlərdə fəaliyyətgöstərən işçi qrupların rolunun gücləndirilməsinin vacibliyi dəqeyd olunub.
İran İslam Respublikasının xarici işlər naziri Seyid AbbasƏraqçi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyətverdiyini qeyd edərək, iki ölkə arasında sıx siyasi dialoqunolduğunu bildirdi. Qonaq səfər çərçivəsində Prezident İlhamƏliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşərək, görüşünsəmimi və konstruktiv mühitdə keçirildiyini qeyd edib. O, yüksəksəviyyəli siyasi-iqtisadi əlaqələri müsbət qiymətləndirərək, ikixalq arasında, həmçinin qanunverici orqanlar arasındamünasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə parlamentlərarası əlaqələrin cari vəziyyəti və inkişafperspektivləri barədə fikir mübadiləsi aparılıb.