AZ

Turizm şirkətlərinin Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərləri təşkil olunub  

 Qarabağın turizm potensialını, eləcə də mövcud infrastruktur imkanlarını tanıtmaq məqsədilə dekabrın 6-7 tarixlərində 40 yerli turizm şirkətinin nümayəndələri üçün Xankəndi və Şuşa şəhərlərini əhatə edən tanışlıq səfəri təşkil edilib.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, səfər Azərbaycan Turizm Bürosu (ATB), Xankəndi Hoteller Kompleksi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA), Azərbaycan Dəmir Yolları (ADY) və Şuşa Şəhər Dövlət Qoruğunun təşkilatçılığı ilə azad olunmuş ərazilərin turizm potensialını və mövcud infrastruktur imkanlarını tanıtmaq məqsədilə həyata keçirilib.

İştirakçılar Qarabağ regionuna ADY-nin yeni açılmış Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin qatarı ilə yola düşüblər.

Məlumatda bildirilib ki, səfər çərçivəsində turizm sənayesi nümayəndələri Xankəndi və Şuşada yerləşən mövcud hotellərlə, şəhərlərin təbii və mədəni irsi ilə yaxından tanış olublar: “Həmçinin 6-8 dekabr tarixlərində Dövlət Turizm Agentliyinin Qarabağ Regional Turizm İdarəsi tərəfindən turizm şirkətləri və blogerlər üçün Şuşa, Xankəndi, Laçın və Zəngilan istiqamətlərinə infotur keçirilib.

İnfotur zamanı iştirakçılar bölgədəki mövcud turizm vəziyyəti, bərpa-quruculuq prosesləri və regionun formalaşmaqda olan yeni turizm infrastrukturu ilə tanış olublar.

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan

Seçilən
22
9
azerbaijan-news.az

10Mənbələr