AZ

Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “BMW” markalı nəqliyyat vasitəsinin sürücüsü R.Rəşidov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.

Bizim.Media xəbər verir ki, müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.

R.Rəşidovun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.



Bizim.Media

Seçilən
29
9
bizim.media

10Mənbələr