AZ

Musa Qasımlı: Qarabağ Zəfəri millətimizin və dövlətimizin tarixində yeni bir səhifə açdı  

Bizim minilliklər qədim və zəngin dövlətçilik tariximizdə heç bir zaman belə bir möhtəşəm qələbə olmayıb. Bu möhtəşəm Qələbə bizim millətimizin və dövlətimizin tarixində yeni bir səhifə açdı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Musa Qasımlı söyləyib.

Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər şəhid ailələrinə diqqət və qayğı yoxdur.

“Dövlətimiz heç bir yardım olmadan torpaqlarımızı azad etdi. Heç bir xarici yardım olmadan, müharibə başa çatandan dərhal sonra dövlətimiz işğaldan azad edilmiş bütün ərazilərimizdə tikinti-quruculuq işlərinə başladı, keçmiş məcburi köçkünlərimizi geri qaytardı. Dövlət büdcəsi hesabına şəhid ailələrinə mənzillərin verilməsi, maşınlarla təmin olunması, şəhid övladlarının təhsil haqlarının ödənilməsi, müharibə veteranlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi - bunlar nəhəng işlərdir. Bütün bu işlərin içərisində məşğulluq da önəmli yer tutur”, - deyə Musa Qasımlı vurğulayıb.

Seçilən
16
2
azerbaijan-news.az

3Mənbələr