AZ

Azərbaycan siyasətinin kölgələri: Ramiz Mehdiyev Əli Kərimli xətti və illərlə gizlədilən oyunlar

ain.az bildirir, Newscenter.az portalına istinadən.

Son günlər ölkənin siyasi həyatında baş verənlər, dövlətə xəyanət cəhdləri və bu istiqamətdə aparılan araşdırmalarla bağlı ictimai-siyasi fəal Anar Salehoğlu Newscenter.az-a müsahibə verib.– Anar bəy, son günlər Ramiz Mehdiyev işi ətrafında böyük rezonans yaranıb. Əli Kərimlinin də istintaqa cəlb edilməsi xəbəri gündəmi silkələdi. Sizin mövqeyiniz nədir?–İllərdir Azərbaycan siyasətində özünü “müxalifət lideri” kimi təqdim edən Əli Kərimlinin hansı mərkəzlərdən qidalandığı, hansı dairələrdən təlimat aldığı barədə cəmiyyətin ciddi şübhələri vardı. İndi isə mediada yayılan məlumatlar, istintaqdan sızan detallar göstərir ki, bu şübhələr əsassız deyilmiş.Əgər doğrudan da Mehdiyevin Rusiya strukturlarına ünvanladığı məktubun ilkin variantının Kərimlinin evindən tapılması təsdiqini tapsa, bu artıq təkcə siyasi intriqa yox, sistemli şəkildə dövlətə qarşı qurulmuş gizli əməkdaşlığın göstəricisidir.Bu adam illərlə meydanlarda “hakimiyyətə qarşı mübarizə aparıram” deyib, amma arxa kabinetlərdə Ramiz Mehdiyev kimi qaranlıq fiqurlarla gizli əlaqələr saxlayıbsa – bu müxalifətçilik deyil. Bu, Azərbaycan dövlətinə xəyanətdir.– Sizcə bu əlaqənin mahiyyəti nə ola bilərdi?– Ramiz Mehdiyev 20 il Prezident Administrasiyasının rəhbəri olub, sistem daxilində özünə paralel şəbəkə qurmuşdu. Bunu hamı bilirdi. O, öz təsir imkanlarını itirəndə həmin şəbəkəni qorumağa çalışmaq üçün fərqli kanallara, o cümlədən “radikal müxalifət” adlandırılan strukturlara yönələ bilərdi.Əli Kərimli isə həmişə “daxili sturukturu” olan adam olmayıb. Onun siyasi resursu real sosial dayağa yox, şayiələrə, təbliğata və xarici fondlara bağlı olub. Bu səbəbdən o, Mehdiyev kimi biri üçün ideal “alət” rolunu oynaya bilərdi.Bunlar düşmən deyildilər – sadəcə rolları fərqli idi. Biri içəridən, biri çöldən təzyiq mexanizmi kimi istifadə olunurdu.– Siz daim müxalifət mövzularını izləyirsiniz. Bu hadisə real müxalifətlə radikal qrupları ayırmaq üçün nə deməkdir?– Azərbaycanda müxalifət var, amma Əli Kərimli və onun komandası müxalifət deyil.Müxalifət:-dövlətə qarşı işləməz,-xarici dairələrdən tapşırıq almaz,-dağıdıcılıq yox, konstruktivlik təklif edər,-milli maraqları şəxsi qisasdan üstün tutar.Əli Kərimli isə bu kriteriyaların heç birinə uyğun gəlmir. Onun fəaliyyəti illərdir bir şeyi sübut edir: bu qrup Azərbaycan dövlətinə alternativ təklif etmir, sadəcə xaosdan, nifrətdən və parçalanmadan bəslənir.Normal müxalifət dövlət quruculuğuna dəstək ola, tənqidi rasional formada edə bilər. Amma bunların fəaliyyəti heç vaxt müxalifətçilik olmayıb – bu, siyasi sabotajdır.– Prezident İlham Əliyevin fəaliyyəti fonunda bu hadisələrə necə baxırsınız?– İlham Əliyev 20 ildən çoxdur ki, Azərbaycanı regional gücə çevirib. Dövlətçiliyimiz tarixində ən böyük nailiyyətlər – Qarabağın azad edilməsi, iqtisadi sabitlik, geosiyasi nüfuz – məhz onun rəhbərliyi ilə baş verib.Bu gün Azərbaycan dünyada söz sahibi olan dövlətdirsə, bunun əsasında:-güclü liderlik,-vətənpərvər siyasi kurs,-sosial-iqtisadi inkişaf strategiyası durur.Belə bir şəraitdə Əli Kərimli – Ramiz Mehdiyev xəttinin ortaya çıxması göstərir ki, bəzi qüvvələr həmişə kölgədən dövlətə zərbə vurmağa çalışıb. Amma Azərbaycan dövləti heç vaxt bu cür oyunlara boyun əyməyib.Bu işin üzə çıxması isə bir daha sübut edir:“Haqq nazilər, amma qopmaz”.– Sonda nə demək istərdiniz?– Bu məsələnin tam həqiqəti istintaq bitəndən sonra məlum olacaq. Amma artıq aydın olan budur: Azərbaycan dövləti heç kimi toxunulmaz saymır. Kimliyindən asılı olmayaraq – keçmiş PA rəhbəri də olsa, özünü müxalifət lideri adlandıran şəxs də olsa – qanunsuzluğa, gizli siyasi oyunlara görə cavab verəcək.Cəmiyyət isə real müxalifəti radikal, xarici yönümlü qüvvələrdən ayırmağı öyrənməlidir. Azərbaycan dövlətçiliyinə sadiq olmayan heç bir qrup ölkəyə alternativ ola bilməz.Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
newscenter.az

2Mənbələr