Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Sağlam qidalanma bədənin ehtiyac duyduğu enerji və qida maddələrini balanslı şəkildə qəbul etmək deməkdir. Gün ərzində zülal, sağlam yağ və mürəkkəb karbohidratlardan ibarət tam dəyərli yeməklərə üstünlük vermək orqanizmin funksiyalarını sabit saxlayır”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında dietoloq Validə Şıxıyeva deyib:
“Rasiona daha çox təzə tərəvəz və meyvə daxil edilməsi immuniteti gücləndirir və vitamin çatışmazlığının qarşısını alır. Şəkər və emal olunmuş qidaların məhdudlaşdırılması isə metabolizmin daha sağlam fəaliyyət göstərməsinə şərait yaradır.
Kifayət qədər su qəbulu maddələr mübadiləsini sürətləndirərək toksinlərin bədəndən xaric olunmasına kömək edir. Zülal mənbəyi olaraq qırmızı ətlərdən çox balıq və toyuq seçilməsi ürək-damar sağlamlığını qoruyur”.
Dietoloq bildirib ki, porsiya nəzarəti artıq çəki riskini azaldan ən vacib vərdişlərdən biridir:
“Gec saatlarda ağır yeməklərdən çəkinmək hormonal balansı qoruyur və yuxu keyfiyyətini artırır. Ümumilikdə, sağlam qidalanma davamlılığı tələb edən həyat tərzi seçimidir və real nəticə əldə etmək üçün bu vərdişləri tədricən gündəlik həyata tətbiq etmək lazımdır”.
Firuzə
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.