AZ

Masallıda “Prospekt Uşaq-Əyləncə Mərkəzi” fəaliyyətə başladı

Masallıda “Prospekt Uşaq-Əyləncə Mərkəzi” fəaliyyətə başladı

 

Masallı şəhərində ailələrin istirahəti və uşaqların təhlükəsiz əyləncəsi üçün nəzərdə tutulmuş “Prospekt Uşaq-Əyləncə Mərkəzi” fəaliyyətə başlayıb.
Dekabrın 8-də Əyləncə Mərkəzinin açılışı olub.
Müasir standartlara uyğun qurulan məkanda uşaqlar üçün geniş oyun zonaları, interaktiv proqramlar və müxtəlif əyləncə növləri təqdim olunur.
Mərkəzdə nağıl qəhrəmanlarının iştirakı ilə keçirilən şoular, hədiyyəli yarışmalar, tematik oyunlar və sürprizlərlə zəngin proqramlar uşaqların marağına səbəb olur. Ailələr üçün isə alış-veriş imkanı, rahat istirahət guşələri, eləcə də müştərilərin əhvalını yüksəldəcək kafelər (“my mood”(“mənim əhvalım”), “sky (səma) park-koffee-shop”) yaradılıb. 
“Prospekt Uşaq-Əyləncə Mərkəzi” sosial layihələrə də xüsusi diqqət ayırır. Bu çərçivədə şəhid övladları üçün əyləncə mərkəzi pulsuz fəaliyyət göstərir.
Əyləncə mərkəzi hər gün saat 09:00–23:00 aralığında fəaliyyət göstərir və ziyarətçilərə təhlükəsiz, komfortlu və keyfiyyətli xidmət təqdim etməyi hədəfləyir.
Cənub bölgəsinin ən müasir ticarət və istirahət mərkəzlərindən biri olan “Prospekt” ailələri övladları ilə birlikdə xoş vaxt keçirməyə dəvət edir.
Ünvan: Masallı şəhəri, Heydər Əliyev prospekti 117, “Respublika Bank”ın yanı.
 

Seçilən
11
qht.az

1Mənbələr