Sosial şəbəkələrdə "ChatGPT" ilə bağlı yayılan video müzakirələrə yol açıb.
Publika.az xəbər verir ki, videonu çəkən şəxsin iddiasına görə “ChatGPT” məkan icazəsi bağlı olduğu halda sahibini izləyir.
Belə ki, bloger evdə olduğu halda “ChatGPT”yə təyyarə qəzasına düşdüyünü deyib və yardım istəyib. Süni intellekt isə onun evdə olduğunu qeyd edib.
“ChatGPT”nin cavabı blogeri təəccübləndirib.(milli.az)