AZ

“Fənərbağça”da daha bir futbolçu əsas komandadan kənarlaşdırılıb

Bakı, 8 dekabr, AZƏRTAC

Türkiyənin “Fənərbağça” klubu futbolçusu Rodriqo Bekaonu əsas komandadan kənarlaşdırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Braziliyalı futbolçu bu mövsüm zədə səbəbindən cəmi 1 oyunda meydana çıxıb.

Qeyd edək ki, daha əvvəl hücumçu Cenk Tosun və yarımmüdafiəçi İrfan Can Kahvəci əsas komandadan uzaqlaşdırılıb.

Seçilən
78
3
azertag.az

6Mənbələr