AZ

“Milli Aviasiya Akademiyası” qadın voleybol komandasından ardıcıl qələbələr

Veysəloğlu Şirkətlər Qrupu və “Avrora” Qrupun həmtəsisçisi olduğu “Milli Aviasiya Akademiyası” qadın voleybol komandası son oyunlarda yüksək nəticələr nümayiş etdirərək ardıcıl qələbələr qazanıb.

Publika.az xəbər verir ki, komanda həyəcan dolu və gərgin qarşılaşmada əvvəlcə “Azərreyl” VK üzərində 3:2 hesablı layiqli qələbə əldə edib. Matç boyunca voleybolçular oyun intizamı və mübarizə ruhu ilə seçiliblər.

Növbəti görüşdə isə komanda inamlı çıxışı ilə diqqət çəkib. Qarşılaşmada “Murov Az Terminal” VK üzərində 3:0 hesablı qətiyyətli qələbə qeydə alınıb.

Hər iki oyunda nümayiş etdirilən yüksək performans MAA qadın voleybol komandasının çempionatda iddialı olduğunu bir daha göstərib.

Seçilən
29
3
publika.az

4Mənbələr