AZ

Yunus Əmrə İnstitutunun prezidenti BDU da olub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 8 dekabr, AZƏRTAC

Türkiyənin Yunus Əmrə İnstitutunun prezidenti Abdurrahman Aliyin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Elçin Babayev iki qardaş ölkə arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən elm, təhsil, mədəniyyət istiqamətində yüksək səviyyədə olduğunu qeyd edib. Rektor bildirib ki, Türk dünyasının daha da gücləndiyi indiki dövrdə Yunus Əmrə İnstitutu kimi qurumların önəmi daha da artır. BDU ilə Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq 2012-ci ildən başlayıb və ötən müddət ərzində bir sıra birgə layihələr həyata keçirilib.

Abdurrahman Aliy rəhbərlik etdiyi qurumun 71 ölkədə nümayəndəliyinin olduğunu bildirib, iki ölkə arasında tarixən mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib, elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüşdə BDU və Bakı Yunus Əmrə İnstitutu arasında əməkdaşlığın və elmi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub.

1 / 2

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
84
azertag.az

1Mənbələr