AZ

BMT-də antikorrupsiya fəaliyyət planlarının daha keyfiyyətli hazırlanmasında Azərbaycanın təcrübəsindən danışılıb  

Nyu-Yorkda BMT-nin Baş Assambleyasının Korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş hibrid formatda keçirilən xüsusi sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Baş Prokurorluğun İdarə rəisi Elnur Musayev “Korrupsiyaya qarşı mübarizə strategiyalarının gücləndirilməsi məqsədilə Növbəti Nəsil Korrupsiya Analitikası üçün dəqiq Statistikanın formalaşdırılması” mövzusuna həsr olunmuş sessiyada çıxış edib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Azərbaycanın təcrübəsi: risk göstəricilərinin qiymətləndirilməsi nəticəsində antikorrupsiya fəaliyyət planlarının daha keyfiyyətli hazırlanması” mövzusunda çıxış edən Elnur Musayev ölkə rəhbərliyinin idarəetməsi altında həyata keçirilən antikorrupsiya islahatları barədə məlumat verməklə qabaqcıl təcrübə, o cümlədən “Korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın qiymətləndirilməsi metodologiyası, bu sahədə risklərin qiymətləndirilməsində Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə üzrə idarənin rolu barədə tədbir iştirakçılarını tanış edib, həyata keçirilən antikorrupsiya tədbirlərinin ölkəmizdə şəffaflıq və müasir idarəçilik perspektivindən nüfuzunun artdığını vurğulayıb.

Seçilən
3
7
azerbaijan-news.az

8Mənbələr