AZ

Aysel İbrahimovanın sənəti aşıq Samirədən YÜKSƏKDİR

 Ajans.az xəbər verir ki, musiqiçi “Afaqla 10lar” verilişində həyat yoldaşı Aysel İbrahimovanın sənətini Samirədən daha yüksək qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, tərəflər arasında narazılıq “Azərbaycanın səsi” yarışmasından başlayıb.

“Bizə qarşı haqsızlıq edildi. Ayseli çox təkidlə Vüqar Camalzadə ‘Azərbaycanın səsi’ layihəsinə apardı. Mən də dedim ki, ora sənin yerin deyil, sən peşəkarsan, getmə. Amma yenə də getdi. Samirə bizim evimizdə çörək kəsib, dostumuz olub. Dedim ki, Ayselə deyəcəyəm, səni seçsin. Ayselin sənəti Aşıq Samirəninkindən yüksəkdir. Ayselin oxuduğunu Samirə oxuya bilməz. Bunu sübut da edə bilərəm. Mən hər zaman düzgünlüyün tərəfdarıyam, yaxşı ifaçını seçərəm. Dostuna, evində çörək yediyin insana haqsızlıq etmək olmaz. Samirə mənim üçün yoxdur, bitib. Mənə lazım olmayan insandır”, — Məhəmmədoğlu bildirib.

Seçilən
54
3
Ajans.az

5Mənbələr