“Santos”un hücumçusu Neymar klubdakı gələcəyi haqda danışıb.
Msport.az xəbər verir ki, 33 yaşlı forvardın klubla müqaviləsi 2025-ci il dekabr ayının 31-dək nəzərdə tutulub.
Daha əvvəl Braziliya təmsilçisinin onunla danışıqlara başladığına dair məlumatlar yayılmışdı.
Neymar isə gələcəyi ilə bağlı bunları deyib: “Nə olacağını hələ bilmirəm. Mövsüm bitdikdən sonra dincəlməliyəm. Mənə istirahət etmək üçün bir neçə gün verin, sonra qərar qəbul edəcəyəm. Əminliklə deyə bilərəm ki, “Santos” mənim üçün prioritet olaraq qalır”.