ain.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqasının XIV turunda “Şamaxı” səfərdə “Karvan-Yevlax”ı məğlub edib – 0:3. Matçın ardından qonaqların baş məşqçisi Ayxan Abbasov paltardəyişmə otağına yollanmaq istəsə də, oyunun AFFA nümayəndəsi Azər Əsgərov buna izn verməyib.
O, Abbasovun cəzalı olduğunu və bu səbəbdən də içəri daxil olmasının mümkün olmadığını bildirib. Bunun ardından baş məşqçi əsəbləşib.
Abbasov AFFA nümayəndəsinə “hər şey düzəlib, bir bu qalıb? Ondansa meydançanın durumundan danışın” deyərək, etiraz edib.
A.Əsgərov isə Abbasova əsasnaməni xatırladaraq, qaydaların belə olduğunu bildirib. Bunun ardından millimizin baş məşqçisi AFFA rəsmisinə haqq qazandıraraq, oradan uzaqlaşıb.
Xatırladaq ki, “Şamaxı”nın baş məşqçisi “Sumqayıt”la oyunda həmkarı ilə mübahisə etdiyi üçün AFFA hər iki mütəxəssisi cəzalandırıb.
İdmanxeber.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.