AZ

“Sizyəzənnfet NQÇİ “nin kimlər ləğv edilməsini istəyir? - Prezidentdən müdaxilə etməsi istənildi

[center][/center]Azərbaycan Respublikasının Prezidenti cənabIlham AliyevSiyəzən rayon sakini Siyəzənnfet NQÇİ nin işçisiƏliyev Zamiq Qüdrət oğlu tərəfindənMÜRACİƏTHörmətli cənab prezident Ilham AliyevSizə “Sizyəzənnfet NQÇİ “nin Neft hasilatı şöbəsinin fəaliyyətində uzun müddətdir müşahidə etdiyim ciddi nöqsanlar və səriştəsizlik halları ilə bağlı müraciət edirəm.Son zamanlarda adıçəkilən şöbənin öz vəzifə öhdəlikərini lazımı səviyyədə icra etməməsi nəticəsində müəssisənin ümumi fəaliyyətinə idarənin nüfuzuna və təbii olaraq hasilat prosesinə ciddi ziyan dəyməkdədir və bu hal bütün işçilər tərəfindən müşahidə olunur.Neft hasilatı şöbəsinin faktiki olaraq quyuların hasilatının artırılması üçün lazımı texniki,mühəndislik və əməli tədbirlər görməməsi həmçinin mövcud problemlərin vaxtında araşıdırlmaması bir sıra quyularda ciddi enişə səbəb olmuşdur.Bu məsuliyyətsizlik və idarəçilik boşluqları nəticəsində cox sayda neft quyuları faktiki olaraq istismardan çıxarılır bəziləri isə tamamilə ləğv edilmə ərəfəsindədir və bu mənfi hal idarənin sahələrinin ləğv edilməsinə gətirib şərait yaradır ki bu da birbaşa idarənin ləğv edilməsi deməkdir.Halbuki Hasilat şöbəsinin ən ümdə vəzifəsi Hasilat göstəricilərinin yüksəldilməsi üçün lazımı tədbirləri vaxtında görməkdir.Bundan əlavə də həmin şöbə rəisnin əsas məsuliyyəti hasilat planının yerinə yetirilməsinə görə cavabdehlik daşımasıdır ki bunların heçbiri onda müşahidə olunmur.Həmin şöbə rəisi hasilat proseslərinin idarə olunmasına, planlaşdırılan hasilat göstəricilərinin təmin edilməsinə cavabdeh olan şəxsdir.Qeyd olunanlar həm müəssisənin iqtisadi göstəricilərinə həm də dövlətə məxsus neft ehtiyatlarının səmərəli idarə olunmasına mənfi təsir göstərir.Bu vəziyyət həmçinin rəhbərliyin imicinə və dövlətin bölgədəki neft strategiyasına xələl gətirir eyni zamanda da Siyəzən rayonunun iqtisadi vəziyyətini pisləşdirir.Hörmətli cənab prezident Ilham AliyevYuxarıda qeyd olunanların nəzərə alınmasını,Neft hasilatı şöbəsinin fəaliyyətinin obyektiv araşıdırlmasını,məsul şəxslərin vəzifə məsuliyyətinin qiymətləndirilməsini və nəticədə yaranmış vəziyyətin aradan qaldırlması üçün zəruri tədbirlərin görülməsini Sizdən xahiş edirəmHörmətləZamiq Əliyev07.12.2025TEREF

Seçilən
127
yenisoz.az

1Mənbələr