AZ

Dövlət Gömrük Komitəsi TIR parkların inşasını planlaşdırır

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Dövlət Gömrük Komitəsi gələcəkdə sərhəd buraxılış məntəqələri istiqamətində terminalların, TIR-parkların inşasını planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Komitənin nümayəndəsi Vasif Qurbanov Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, qurum hazırda həm sərhəd buraxılış məntəqələrində, eləcə də terminallarla bağlı infrastruktur layihələri həyata keçirir: "Bizim gələcək layihələrimizdən biri də sərhəd buraxılış məntəqələri istiqamətində terminalların, TIR-parkların tikilməsidir. Həmin tır-parklarda servislər olacaq, eləcə də digər şəraitlər yaradılacaq. Həmçinin burada elektron növbə sisteminin tətbiqi nəzərdə tutulub. Yəni bu layihə də qısa müddətdə təsdiqləndikdən və maliyyə vəsaiti ayrıldıqdan sonra həyata keçiriləcək".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
5
bakivaxti.az

6Mənbələr