Azərbaycanla İran arasında hava əlaqəsinin genişləndirilməsi istiqamətində müzakirələr aparılır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə keçirilən brifinqdə söyləyib.
Nazir vurğulayıb: “Biz təkcə iqtisadi sahədə deyil, həm də İranla Azərbaycan arasında geniş “Yol xəritəsi” üzrə razılaşma əldə etmişik. Bunu qısa zamanda həyata keçirmək mümkündür”.