Bakı. Trend:
8 dekabr tarixində Bakı şəhərində Azərbaycan Respublikası iləQırğız Respublikası arasında iqtisadi və humanitar əməkdaşlıq üzrəbirgə Hökümətlərarası Komissiyanın 6-cı iclası keçirilib.
Trend bu barədəNazirlər Kabinetinə istinadən xəbər verir.
Azərbaycan Respublikası Baş nazirinin müavini, KomissiyasınınAzərbaycan tərəfdən həmsədri Samir Şərifovun və Qırğız RespublikasıNazirlər Kabineti sədrinin müavini, Komissiyanın Qırğızıstantərəfdən həmsədri Bakıt Torobayevin sədrlik etdikləri iclasda həriki ölkənin müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələriiştirak ediblər.
Əvvəlcə Hökumətlərarası Komissiyanın həmsədrlərinin ikitərəfligörüşü keçirilib, daha sonra müzakirələr Komissiyanın 6-cıiclasında, geniş tərkibdə davam etdirilib.
Tərəflər qardaş və dost xalqlarımızı birləşdirən tarixi-mədənibağlara, iki ölkə prezidentləri – İlham Əliyev və Sadır Japarovarasında mövcud olan mütəmadi siyasi dialoqun və qarşılıqlısəfərlərin iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıqsəviyyəsinə yüksəlməsində həlledici rol oynadığınıvurğulayıblar.
Qeyd olunub ki, 2024-2029-cu illəri əhatə edən əməkdaşlıqproqramı ikitərəfli münasibətlərin sistemli şəkildəgenişləndirilməsi üçün əsas yol xəritəsi rolunu oynayır.
Son dövrdə ticarət dövriyyəsində artım müşahidə olunur, 2025-ciilin ilk 10 ayı ərzində ticarət dövriyyəsi ötən ilin eyni dövrü iləmüqayisədə 94 faizdən çox artıb.
İclas zamanı iqtisadi əlaqələrin daha da genişləndirilməsi,ticarət dövriyyəsinin şaxələndirilməsi və işgüzar dairələr arasındaəməkdaşlığın dərinləşdirilməsi üçün bir sıra əhəmiyyətlirazılaşmalar əldə edilib. Tərəflər Qırğızıstan ərazisindəticarət-logistika mərkəzinin yaradılması imkanlarınınaraşdırılmasını, biznes missiyalarının təşkili və məlumatmübadiləsinin gücləndirilməsini, həmçinin COP29 çərçivəsində irəlisürülmüş “Yaşıl keçid” təşəbbüslərində əməkdaşlığı müzakirəediblər.
Habelə, investisiya və sənaye sahələrində də mühüm əməkdaşlıqistiqamətləri müəyyən olunmuşdur.
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun fəaliyyəti yüksəkqiymətləndirilmiş, birgə investisiya layihələriningenişləndirilməsi, AZPROMO ilə Qırğızıstan Ticarət-Sənaye Palatasıarasında Azərbaycan-Qırğızıstan Biznes Şurasının yaradılması,İssık-Kul gölü sahilində beşulduzlu otel tikintisinindəstəklənməsi, həmçinin kurort şəhərinin yaradılması layihəsininnəzərdən keçirilməsi kimi məsələlər razılaşdırılmışdır.
Sənaye zonaları və azad iqtisadi zonalar üzrə təcrübəmübadiləsinin təşkil olunması da tərəflərin diqqət mərkəzindəolmuşdur.
Turizm sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə turizmşirkətlərinin əlaqələndirilməsi, birgə turpaketlərin hazırlanması,sərgi və festivallar üzrə məlumat mübadiləsi, sağlamlıq turizmiüzrə əməkdaşlıq kimi istiqamətlər müəyyən edilmişdir.Bakı-Bişkek-Bakı hava reyslərinin turizm axınına müsbət təsirixüsusi vurğulanmışdır.
Kənd təsərrüfatı sahəsində tərəflər virussuz tinglərin istehsalıüzrə təcrübə mübadiləsi, intensiv balıqçılıq, balıqçılıq vəakvakultura sahəsində birgə təlimlər, baytarlıq və fitosanitarnəzarəti üzrə əməkdaşlığın genişləndirilməsi, damazlıq heyvanlarınticarəti və aqrosığorta sistemlərinin inkişafı kimi geniş spektrlifəaliyyət istiqamətlərini razılaşdırıblar.
Enerji sahəsində "2024-2025-ci illər üzrə Yol Xəritəsi"ninicrası, SOCAR-la Qırğızstannefteqaz arasında əməkdaşlığıngenişləndirilməsi, Qırğızıstanın "Mərkəzi Asiya - Azərbaycan YaşılEnerji Dəhlizi" layihəsində iştirakı kimi məsələlər üzrə qarşılıqlıfəaliyyətin davam etdirilməsi dair razılıq əldə olunub.
Nəqliyyat sahəsində isə tərəflər Orta Dəhlizinrəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi,Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin region üçünperspektivləri, Bakı limanının imkanlarından istifadə və tranzitkeçidlərin artırılması məsələlərini müzakirə ediblər.
Humanitar və təhsil sahəsində, universitetlər arasındaəməkdaşlıq, tələbələr üçün illik təqaüd kvotaları, "Study inAzerbaijan" proqramında iştirak, müəllim müdadiləsi, dilmərkəzlərinin yaradılması, akademik araşdırmaların birgə təşkili vəkitabxanalararası virtual platformaların yaradılması müzakirəedilib.
İclasda həmçinin ekologiya, rəqəmsal inkişaf,kiber-təhlükəsizlik, səhiyyə, sosial təminat, dövlət xidmətləri,memarlıq və şəhərsalma, eləcə də bank sektoru üzrə əməkdaşllqməsələləri müzakirə olunmuş və yeni istiqamətlər müəyyənedilmişdir.
Tərəflər bütün sahələrdə qarşılıqlı etimada əsaslanan, dostluqvə qardaşllq ruhunda inkişaf edən münasibətlərin bundan sonra damöhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Komissiyanın 7-ci iclasının Qırğız Respublikasında keçirilməsibarədə razılıq əldə olunmuş və tarixlərin diplomatik kanallarvasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Sonda AzərbaycanRespublikası Baş nazirinin müavini Samir Şərifov və QırğızRespublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt TorobayevAzərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadivə humanitar sahələrdə əməkdaşllq üzrə birgə HökümətlərarasıKomissiyanın 6-cı iclasının Protokolunu imzaladılar.
İclasdan sonra Hökumətlərarası Komissiyanın QırğızRespublikasından olan üzvləri Kosmik Agentliyin fəaliyyəti ilətanış olmaq üçün “Azərkosmos”a gediblər.
Dekabrın 9-da qonaqlar Bakı Gəmiqayırma və Heydər Əliyev adınaNeft emalı zavodlarının işi ilə də tanış olacaqlar.
Dekabrın 7-də Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndəheyəti Sumqayıt sənaye parkındakı İstifadə olunmuş mühərrik vəsənaye yağlarının emalı və baza yağlarının istehsalı zavodu ilətanış olub.