AZ

Cavanşir Feyziyev: “Dövlət dili ifadəsi düzgün deyil”

ain.az, Bizim media portalına istinadən məlumat verir.

“Dövlət dili ifadəsi düzgün ifadə deyil. Azərbaycan dövləti və Azərbaycan dili var. Azərbaycan dilinin dövlət dili ifadəsi işlədiriksə, o zaman rəsmi üslübdan söhbət gedir. Azərbaycan dilinin rəsmi üslubunun inkişaf strategiyasından biz danışmalıyıq”. Bizim.Media xəbər verir ki, bunu deputat Cavanşir Feyziyev parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.“Dil birdir, bunun dövlət və qeyri-dövlət dilinə bölünməsinə heç bir nəzəriyyədə rast gəlməmişəm. Dövlət dili ifadəsi o zaman işlənə bilər ki, hansısa imperiya aslılığında olan ölkə və hansı dil olması şübhə doğurur. Bütün müstəqil dövlətlərdə milli dilin adı var. Amma dövlət dili anlayışı yoxdur”, - deyə deputat vurğulayıb.Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
bizim.media

2Mənbələr