ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün İranın xarici işlər naziri Seyid Abbas Əraqçiyə Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı son proseslər barədə ətraflı məlumat verilib.
"Cebheinfo.az" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda iranlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ikitərəfli əməkdaşlığa əlavə olaraq həm siyasi, həm də iqtisadi layihələrin icrası baxımından üçtərəfli formatlar bir sıra region ölkələri ilə genişləndirilməsi baxımından müzakirələr aparılıb.
Nazir bildirib ki, həmkarına bölgədə son inkişaflar, Azərbaycan-Ermənistan arasındakı sülh gündəliyi ilə bağlı məlumat verilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.