AZ

Bulvarda meyiti tapılan fotoqraf intihar edibmiş – Qohumu səbəbini açıqladı

39 yaşlı fotoqraf Eltac Zeynalovun intihar etməsinin səbəbi açıqlanıb.

Vətəninfo.az xəbər verir ki, fotoqrafın əmisi oğlu Səbuhi Zeynalov Axar.az-a açıqlamasında bildirib ki, Eltac Zeynalov 2-ci qrup əlil idi.

“Onun ayağında dəhşətli ağrılar var idi. 17 ildir bu ağrılarla yaşayırdı. Artıq bu ağrılara dözə bilmədi”, – o, intiharın səbəbi haqda danışarkən bildirib.

Qeyd edək ki, Eltac Zeynalov dekabrın 6-da dənizdə boğularaq ölüb. Eltac fiziki məhdudiyyətli insanlarla könüllü iş və təlim, seminarlar təşkil edir və bu mövzu ilə bağlı müxtəlif tədbirlərdə iştirak edirdi.

Seçilən
27
3
veteninfo.az

4Mənbələr