AZ

bp universitetlər üçün insan hüquqları üzrə yeni tədris vəsaitini təqdim edib (FOTO)

Bakı.Trend:

Qarşıdan gələn Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə bpbu gün Azərbaycan dilində yenicə nəşr olunmuş “İnsan Hüquqları.Ensiklopediya” kitabının təqdimatını keçirib.

Azərbaycanda bu sahədə ilk olan bu dərslik yerliuniversitetlərin hüquq fakültələrinin tələbə və müəllimləri üçünəhatəli vəsaitdir. Ensiklopediyaya insan hüquqlarının həm nəzəri,həm də praktiki aspektlərini əhatə edən mindən çox müddəadaxildir.

Kitab insan hüquqlarının tarixini, inkişafını və təsnifatını,həmçinin beynəlxalq və milli normativ-hüquqi çərçivələri tədqiqedir. Vəsaitin məqsədi insan hüquqları haqqında daha dərin anlayışformalaşdırmaq və Azərbaycan cəmiyyətində hörmət və hüquqisavadlılıq mədəniyyətini təşviq etməkdir.

Dosent Zaur Əliyevin müəllifi olduğu bu ensiklopediya bp-ninAzərbaycanda hüquq təhsilinin keyfiyyətinin artırılmasına dəstəkməqsədilə hazırlanmış və dərc edilmiş altı hüquq dərsliyindənibarət geniş layihəsinin bir hissəsidir. Bu dərsliklərin beşi cariilin iyun ayında tamamlanaraq ictimaiyyətə təqdim edilmişdi.Altıncı kitabın nəşri ilə ölkənin müasir və gələcək hüquqmütəxəssislərinin inkişafına mühüm töhfə verəcək bu layihə uğurlabaşa çatmış olur.

Layihə bp-nin Azərbaycanda təhsilin və bacarıqlarınartırılmasına dəstək öhdəliyinin bir hissəsidir.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli:“Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində hüquq dərslikləri üzrəgeniş layihəmiz çərçivəsində altıncı və son kitabı təqdim etməkdənməmnunuq. Azərbaycanda ilk dəfə nəşr olunan “İnsan Hüquqları.Ensiklopediya” zəngin biliklər təqdim edən və ölkədə hüquqtəhsilinin modernləşdirilməsinə töhfə verən dəyərli tədris vəsaitiolacaq. İnanırıq ki, bu nəşr dərin bilikli və geniş məlumatlı yeninəsil hüquq mütəxəssislərinin formalaşmasına kömək edəcək.

Altı dərsliyin hamısı hüquq mütəxəssisləri və alimlərlə sıxəməkdaşlıqda hazırlanıb. Ümid edirik ki, bu vəsaitlər universitettələbələri, müəllimlər və hüquq işçilərinin hüquq sahəsində müasirmateriallara artan tələbatının qarşılanmasına əhəmiyyətli töhfəverəcək. Xüsusilə məmnunuq ki, altı dərslikdən dördü Azərbaycandailk dəfə nəşr olunub və bu, ölkənin hüquq elmi və tədrisi sahəsindəmühüm bir mərhələ deməkdir.”

Dərsliklər tələbələr, müəllimlər, alimlər, hüquq mütəxəssisləri,insan hüquqları müdafiəçiləri, beynəlxalq münasibətlər üzrəmütəxəssislər, magistr və doktorantlar, mediatorlar, eləcə dəictimai və siyasi fikir adamları da daxil olmaqla geniş auditoriyaüçün nəzərdə tutulub.

Layihənin ümumi dəyəri 230038 AZN (təxminən 135316 ABŞ dolları)təşkil edir və altı kitabın hər biri üzrə məzmunun hazırlanması,nəşri və layihənin idarə edilməsi də daxil olmaqla bütünmərhələləri əhatə edir.

Layihənin icraçısı “Müasir Beynəlxalq Hüquq və Davamlı İnkişaf”ictimai birliyidir.

Layihəyə daxil edilmiş altı kitabın tam siyahısı:

“Beynəlxalq Tibb Hüququ. Xüsusi hissə” – Azərbaycanda yeni olanbu dərslik səhiyyə və insan hüquqları sahələrinin kəsişməsini əhatəedir və ölkənin beynəlxalq tibbi əməkdaşlıqda artan iştirakını əksetdirir. Kitab tibbi etika, səhiyyə xidmətlərinin hüquqitənzimlənməsi və beynəlxalq institutların rolu da daxil olmaqlageniş mövzuları əhatə edir.

“Azərbaycan Respublikasının Mediasiya Hüququ. Ümumi Müddəalar” –Azərbaycanda bu sahədə ilk olan bu dərslik mediasiyanın hüquqiçərçivəsini təqdim edir, onun prinsipləri, quruluşu və normativaspektləri barədə ətraflı məlumat verir. Dərsliyin məqsədi hüquqtəhsilində mövcud boşluqları doldurmaq və Azərbaycanda mediasiyamədəniyyətinin inkişafına dəstək olmaqdır.

“Mediasiya Hüququ. Xüsusi hissə” – Azərbaycanda bu sahədə ilkolan bu nəşr mediasiya hüququnun elmi və doktrinal əsaslarına həsrolunub. Dərslik mediasiyanı hüquqi bir sahə kimi hərtərəfli təhliledir və bu institutun həm akademik, həm də praktiki baxımdan dahayaxşı anlaşılmasına töhfə verir.

“Beynəlxalq Publik Hüquq Kursu. Ümumi Hissə” (birinci cild,ikinci nəşr, yenilənmiş) – bu kitab beynəlxalq publik hüquq üzrəilk akademik kursun yenilənmiş nəşridir və bu sahəninöyrənilməsində əhatəli doktrinal yanaşmanı təqdim edir. Kitabbeynəlxalq hüququn predmeti və prinsipləri, mənbələri, beynəlxalqhüququn subyektləri, mübahisələrin həlli mexanizmləri və beynəlxalqhüquqi məsuliyyət kimi əsas anlayışları əhatə edir. Yenilənmişnəşrdə beynəlxalq hüquq nəzəriyyəsi və təcrübəsindəki yenilikləriəks etdirən mühüm əlavələr və dəyişikliklər yer alıb.

“Beynəlxalq Publik Hüquq Kursu. Xüsusi Hissə” (ikinci cild,ikinci nəşr, yenilənmiş) – bu dərslik beynəlxalq public hüququnxüsusi sahələrinin, o cümlədən beynəlxalq müqavilələr hüququnun,xarici əlaqələr hüququnun, beynəlxalq təşkilatlar hüququnun,humanitar hüququn və beynəlxalq iqtisadi hüququn ətraflı təhlilinitəqdim edir. Yenilənmiş nəşr yeni nəzəri yanaşmaları və elminailiyyətləri əhatə edir. Dərslik qlobal hüquq sistemi vəAzərbaycanın bu sistemdəki rolu ilə bağlı daha dərin anlayışınformalaşmasına dəstək verir.

“İnsan Hüquqları. Ensiklopediya” – Azərbaycanda bu sahədə ilkolan bu geniş həcmli tədris vəsaitinə insan hüquqlarının həmnəzəri, həm də praktiki aspektlərini əhatə edən minlərlə məqalədaxil edilib. Ensiklopediya insan hüquqlarının tarixini, inkişafıvə təsnifatını, eləcə də beynəlxalq və milli hüquqi çərçivələriaraşdırır. Məqsəd insan hüquqları sahəsində daha dərin anlayışformalaşdırmaq və Azərbaycan cəmiyyətində hörmət mədəniyyətini vəhüquqi savadlılığı təşviq etməkdir.

bp
bp
bp
bp
bp
bp
Məqalədə:
Seçilən
22
4
az.trend.az

5Mənbələr