AZ

Azərbaycanın FIFA referisi “Çelsi”nin oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Kamal Umudlu növbəti dəfə beynəlxalq təyinat alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, UEFA Gənclər Liqasının VI turunda "Atalanta" (İtaliya) - "Çelsi" (İngiltərə) görüşünün baş hakimi olacaq.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Qeyd edək ki, qarşılaşma dekabrın 9-da Berqamo şəhərində təşkil olunacaq.

Seçilən
67
3
operativmm.az

8Mənbələr