AZ

FHN-in birgə təşkilatçılığı ilə Sənaye Təhlükəsizliyi Zirvəsi keçiriləcək

Bakı.Trend:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, SOCAR vəAzərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgətəşkilatçılığı ilə 10 dekabr 2025-ci il tarixində “Marriott HotelBoulevard”da III Sənaye Təhlükəsizliyi Zirvəsi keçiriləcək.

Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, “Dönüş nöqtəsi” konsept mesajı ilə təşkilolunacaq tədbir dövlət və özəl sektorun nüfuzlu nümayəndələrini biraraya gətirərək sənaye təhlükəsizliyi, texnoloji yeniliklər, iqlimdəyişikliyi və sosial transformasiyalar fonunda formalaşan yeniyanaşmalar, innovasiyalar və qlobal təcrübələrin müzakirəsi üçünstrateji platforma rolunu oynayacaq.

Sənaye Təhlükəsizliyi Zirvəsində Fövqəladə Hallar Nazirliyi,SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (AISA)arasında sənayedə təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitinqorunması sahəsində mühüm əhəmiyyətə malik üçtərəfli əməkdaşlıqmemorandumunun imzalanması nəzərdə tutulur. Memorandum çərçivəsindətərəflər təhlükəsizlik normativləri, ISO idarəetmə sistemləri vəESG prinsipləri üzrə birgə fəaliyyət göstərəcəklər.

Tədbir ümumilikdə “Qırmızı xətt” panelindən, “Safe Talks” adlımüzakirədən və “HSE Awards” təltifetmə mərasimindən ibarət olacaq.Proqram, həmçinin 10 spiker və 2 moderatorun iştirakı ilə üç əsassessiyada keçiriləcək.

“Qırmızı xətt” adlı paneldə ekspertlər sənaye təhlükəsizliyindətexnologiya və süni intellektin tətbiqinin yaratdığı yüksək riskzonalarını, texnologiyanın insan faktorunu hansı hallarda əvəz edəbilmədiyini, süni intellektin yaratdığı fürsətləri müzakirəedəcəklər.

“Safe Talks” sessiyası AISA-nın sənaye təhlükəsizliyi, əməyinmühafizəsi və ətraf mühitin qorunması sahəsində maarifləndiricipodkast seriyasının davamı olaraq ilk dəfə canlı formatda təqdimediləcək. Xüsusi qonağın iştirakı ilə keçiriləcək interaktivmüzakirələr təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına töhfəverəcək.

“HSE Awards” təltifetmə mərasimində isə fərqli sənaye sektorlarıüzrə sağlamlıq, təhlükəsizlik və ətraf mühit təcrübələrindəfərqlənən təşkilat və şəxslər mükafatlandırılacaq. Bu mükafatlarSƏTƏMM sahəsində mükəmməllik yanaşmasını təşviq etməyə və dahatəhlükəsiz, dayanıqlı biznes həllərini önə çıxarmağa xidmətedir.

Məqalədə:
Seçilən
60
16
az.trend.az

10Mənbələr