AZ

Tanınmış prorektor “Məhsəti”yə dair müzakirələrə qoşuldu

Yenisabah portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru, professor Mahirə Nağıqızı müzakirələrə səbəb olmuş “Məhsəti” filmi ilə bağlı "Facebook" hesabında paylaşım edib.

"Yeni Sabah" xəbər verir ki, şairənin rübailərindən sitatla başlayan paylaşımda deyilir:

“İllərdir Məhsətini tədris edirik: Bu dünya bir qızıl kuzəyə bənzər... daha nələr, nələr... və günün birində: Üzrlü sayın, düz deməmişik. Dediyimiz deyilmiş bu insan. Tələbələrin reaksiyası necə olar? Niyə mən də varam deyə...”

Mahirə Nağıqızı paylaşımında tədris edilən Məhsəti ilə filmdə təqdim olunan obrazın tələbələr və cəmiyyət üçün suallar yaratdığını yazıb.

Qeyd edək ki, Mahirə Nağıqızı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin bacısıdır. Onun ictimai statusu və dövlət vəzifəsi nəzərə alınmaqla paylaşımı ictimai maraq doğuran mövzuya çevrilib.

M. Məmmədli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
1
yenisabah.az

2Mənbələr