AZ

Bir turist gəlməyən kənddə dükana “Baby shop” adı qoyulub, niyə? Deputat

ain.az bildirir, Olke.az portalına istinadən.

Şəhərdə başa düşdük, bəs ucqar, heç bir xarici turistin ayağı dəymədiyi kənddə dükana niyə xarici dildə ad qoyulsun.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Rafael Hüseynov Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bir rayona səfərim zamanı ən ucqar kənddə oldum. “Həmin kəndə indiyədək nə bir xarici turist olub, nə də bundan sonra gəlməsi gözlənilir. Amma kənddə dükana “Baby shop” adı qoyulub. Məgər buna “Uşaq mağazası” qoymaq olmazmı? Bax belə problemlər var”, - R.Hüseynov qeyd edib.

Vitse-spiker əlavə edib ki, şəhərlərdə turistlərin çox səfər etdiyi yerlərdə də reklamlar Azərbaycan dilində olmalıdır və onların altında xarici dildə reklam yazısı qeyd edilməlidir. 

Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
1
olke.az

2Mənbələr