AZ

Qurban Qurbanovun mətbuat konfransının vaxtı bəllidi

Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

"Football-plus.az" xəbər verir ki, Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı sabah saat 17.45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18.15-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

Qonaqların media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) 14.00-da “Neftçi” Futbol Mərkəzində, baş məşqçi Fred Qrimin mətbuat konfransı isə 16.15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xatırladaq ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü saat 21.45-də başlayacaq.

Seçilən
24
3
football-plus.az

4Mənbələr