AZ

Luvrda su sızması yüzlərlə kitaba ziyan vurub

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Parisdəki Luvr muzeyində baş verən su sızması yüzlərlə əsərə ziyan vurub.

APA-nın “The Guardian“a istinadən verdiyi məlumata görə, noyabrın sonunda Luvrda su sızması nəticəsində 300–400 elmi material, o cümlədən 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə aid misirologiya jurnalları və tədqiqat sənədləri zərər görüb.

Muzeyin administratorunun müavini Frensis Steinbok bildirib ki, sızma əsasən kitablardan ibarət 300–400 əsərə təsir edib.

Qeyd edək ki, 19 oktyabrda dörd oğru Luvr Muzeyindən 102 milyon dollar dəyərində zərgərlik əşyalarını oğurlayaraq qaçıb və bu hadisə muzeydəki açıq təhlükəsizlik boşluqlarını ortaya çıxarıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
79
1
apa.az

2Mənbələr