AZ

Rus şirkəti uçuşları yarıbayarı azaltdı, heyəti ixtisar etdi

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyanın “Smartavia” şirkəti parkındakı bütün “Airbus” təyyarələrinin istismarını dayandırıb, bu hava gəmilərinə xidmət edən eskadronu ixtisara salıb.

Avtosfer.az xəbər verir ki, şirkət bu təyyarələrlə Rusiya daxilində və MDB məkanına uçuşlar həyata keçirirdi. Belə bir sərt qərara səbəb təyyarə mühərriklərinin uçuş resursunun bitməsidir. Təyyarələrin dördü də anqarlara yerləşdirilib. Bir təyyarənin mühərrik resursu isə hətta 1 saatdan da az qalıb. 

Təyyarələrin bu vəziyyətə düşməsinə səbəb istehsalçı şirkətin sanksiyalara görə texniki yardım göstərə bilıməməsidir. Rusiyada isə “Airbus” təyyarələrinin uçuşa yararlılığını təmin edəcək müəssisə və mütəxəssis yoxdur. Bu da bir daha Qərbin sanksiyalarının ölkəyə necə təsir etdiyini göstərir. 

Problemlə üzləşən təkcə “Smartavia” deyil. Elə aparıcı “Aeroflot” şirkətinin donanmasındakı “Boeing” və “Airbus”ların böyük hissəsinin uçuş limiti başa çatıb. 2025-ci ilədək 100 ədəd yerli təyyarə istehsalı planı isə yumşaq desək, iflasa uğrayıb.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
avtosfer.az

2Mənbələr