AZ

Ermənistan əhalisi sürətlə azalır

Ermənistanda 2025-ci ilin yanvar-oktyabr aylarında 26 768 uşaq anadan olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azdır. 

“Cebheinfo.az” xəbər verir ki, Ermənistan Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.  

Beləliklə, əhalinin təbii artımının mütləq yuxarı həddi 5 688 nəfər təşkil edib ki, bu da əvvəlki ilin səviyyəsindən 19 faiz aşağıdır.

2025-ci ilin yanvar-oktyabr ayları üçün əhalinin təbii artım əmsalı hər 1000 nəfərə 2,2 təşkil edib.

2024-cü ilin müvafiq dövründə isə bu rəqəm hər 1000 nəfərə 2,7 təşkil edib.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr