AZ

YAŞATa daxil olan müraciətlərin SAYI AÇIQLANDI

ain.az bildirir, Bakivaxti portalına istinadən.

“Bu günə qədər çağrı mərkəzinə 287.252 zəng daxil olub”.

Bakıvaxtı.az xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 5 illik fəaliyyətinə dair mətbuat konfransında deyib.

E.Hüseynov bildirib ki, vətəndaş qəbulu çərçivəsində 6.463 şəhid ailəsi və müharibə iştirakçısı qəbul edilib. Sosial media hesabları vasitəsilə daxil olan müraciətlərin sayı isə 44.684-dür:

“Ümumilikdə 18.566 şəxs tərəfindən 93.897 müraciət daxil olub. Bu da göstərir ki, hər bir şəxs orta hesabla 5-6 müraciət yönləndirib və bu müraciətlər fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq icra edilib“.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
1
bakivaxti.az

2Mənbələr