İkinci əl maşın bazarında durğunluq yaranıb. Satıcıların sözlərinə görə, satışlar demək olar ki, dayanıb.
Bəs buna səbəb nədir?
Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, satıcılar qiymətlərin 2000 manata qədər artdığını bildiriblər:
"Bu artım birbaşa Çin maşınları ilə bağlıdır".
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, gələn il yanvarın 1-dən Çin istehsalı olan avtomobillərin qiyməti artacaq:
"Daxili bazarı ucuz qiymətlə zəbt edən avtomobillər bahalaşacaq. Artıq avtomobil salonlarında qiymət artımı müşahidə olunur. Bahalaşma tam olaraq hələ baş verməyib".
Satıcılar bildirirlər ki, qiymətlər qalxdığı kimi enməsi də mümkündür.