AZ

Bu rayonun bəzi ərazilərində elektrik enerjisi OLMAYACAQ

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Masallının bir sıra ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Redaktor.az-a verilən məlumata görə, Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq "Xıl" hava xəttində dekabrın 8-də təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Göyəçöl, Xıl, Qasımlı, Lürən, Musaküçə, Öncəqala, Sərçuvar, Şıxlar, Təzəkənd kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
22
redaktor.az

10Mənbələr