ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
Pirəkəşkül və Ağdərədə 8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış, eləcə də istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.
Müdafiə Nazirliyindəön AYNA.AZ-a bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd edilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.