AZ

BDU “Tikinti-Təmir-Təchizat-Bərpa“ya 1 milyon 32 min ödəyəcək

Bakı Dövlət Universitetinin tədris laboratoriyaları üçün xüsusi inventar, iş dəzgahları və mal-materiallar satın alınacaq.

Bunun üçün "Bakı Dövlət Universiteti" Publik Hüquqi Şəxsi ilə"Tikinti-Təmir-Təchizat-Bərpa" QSC arasında satınalma müqaviləsi imzalanıb.

Belə ki, bu satınalma müqaviləsinin həyata keçirilməsi üçün"Tikinti-Təmir-Təchizat-Bərpa" QSC-yə 1 milyon 32 min 208,7 manat ödəniləcək.

2015-ci ilin mart ayında dövlət qeydiyyatına alınan bu qalib şirkətin qanuni təmsilçisi Əbilov Elçin İslam oğludur. Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 2050 manatdır./Valyuta.az

Xəbər 4 dəfə oxunub.
Seçilən
47
xezernews.az

1Mənbələr