AZ

Juninyo Olavionun “Qarabağ”a dönüşü sual altındadır VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Flamenqo”nun hücumçusu Juninyo Olavionun “Qarabağ”a qayıdışı böyük ehtimalla baş tutmayacaq.

İdman.Biz Braziliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun klubunu dəyişmək şərti ilə ölkəsində qalmağı planlaşdırdığı iddia edilib.

İddialara görə, Juninyo onun üçün rəsmi təklif göndərən “Bahia”ya keçməyə razılıq verib. Hazırda tərəflər arasında əsas məsələ klubların ortaq məxrəcə gəlməsidir. “Flamenqo” futbolçunu “Qarabağ”dan aldığı məbləğ - 5 milyon avroya satmağa hazırdısa, “Bahia” qiymətdə endirim istəyir. Bunun səbəbi Juninyonun hazırkı komandasında əsas heyətdə yer almamasıdır.

“Qarabağ” isə sabiq forvardını icarəyə götürmək variantında maraqlıdır. Lakin “Flamenqo” oyunçunu birdəfəlik satmaq niyyətindədir.

Qeyd edək ki, Juninyo bu ilin əvvəlində “Qarabağ”dan “Flamenqo”ya keçib və Braziliya klubunda 32 oyunda 4 qol vurub.

@idman.biz “Flamenqo”nun hücumçusu Juninyo Olavionun “Qarabağ”a qayıdışı böyük ehtimalla baş tutmayacaq #qarabag #flamenqo #futbol #idman #komanda ♬ original sound - Idman və Biz

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
icma.az

2Mənbələr