AZ

Polis əleyhinə mesajlara rəsmi orqanlardan sərt reaksiya

Yazını böyüt
Yazını kiçilt

Lyon şəhərində “Fête des Lumières” festivalı zamanı İncəsənət Muzeyinin fasadına polis və Milli Birlik (Rassemblement National-RN) partiyası əleyhinə mesajların proyeksiya edilməsi yerli hakimiyyət orqanlarının kəskin reaksiyasına səbəb olub.

Hafta.az xəbər verir ki, Lyon meri Qreqori Dussey bu mesajları təhlükəsizlik qüvvələrinə qarşı zorakı və qəbuledilməz ifadələr kimi qiymətləndirib. Şəhər merliyinə namizəd Jan-Mişel Olas isə baş verənləri dövlət təsisatlarına qarşı ciddi zərbə adlandırıb.

Ron (Rhône) prefekti Fabienn Byusyo mesajları polislərə qarşı nifrət çağırışı kimi dəyərləndirərək, Cinayət Prosessual Məcəlləsinin 40-cı maddəsinə əsasən prokurorluğa rəsmi məlumat göndərildiyini və istintaqın başladılacağını bildirib.

Hadisə Lyon üzrə “Les Soulèvements de la Terre” assosiasiyasının sosial şəbəkələrdə paylaşdığı məlumatlarla əlaqələndirilib.

Mümkün insidentlərin qarşısını almaq üçün Lyonun 6-cı dairəsi və Villeurbanne ərazisində bütün yürüş və etiraz xarakterli aksiyalar qadağan edilib.

Seçilən
9
1
hafta.az

2Mənbələr