Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Avropalı meteoroloqlar qütb burulğanının zəifləməsi səbəbindən qitənin bu qış fövqəladə soyuqlarla üzləşə biləcəyi barədə xəbərdarlıq edirlər. Xüsusilə 2026-cı ilin ilk günlərindən başlayaraq hava şəraitinin daha da soyuyacağı proqnozlaşdırılır.
Metbuat.az “Euronews” kanalına istinadla xəbər verir ki, sonuncu dəfə 1978-1979-cu illərdə Avropada belə soyuq hava şəraiti müşahidə olunub. Meteoroloqlar həmin dövrü “əsrin qışı” kimi xatırlayırlar.
Mütəxəssislər hesab edirlər ki, dekabr ayı ərzində temperatur mövsüm üçün xarakterik olan normadan yuxarı olacaq, lakin bu, qısa müddət davam edəcək. Yeni ilin ilk günlərindən etibarən şiddətli soyuqlar başlayacaq.
Hava şəraitinin kəskin dəyişməsi ilə qitə ərazisində temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Yağıntının miqdarı normadan artıq olacaq. Tez-tez sulu qar və qar yağacaq. Yollar buz bağlayacaq, dumanlı hava şəraiti görünüş məsafəsinin məhdudlaşmasına səbəb olacaq.
Meteoroloqlar qeyri-sabit, yağıntılı hava şəraitinin fevral ayının ortalarına kimi davam edəcəyini bildiriblər.
Nazim Hüseynzadə / Metbuat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.