AZ

Şəhid atası vəfat etdi FOTOLAR

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Vətən müharibəsi şəhidi baş leytenant Röyal Ələkbərovun atası Fərmayıl Ələkbərov vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, F. Ələkbərov uzunsürən xəstəlikdən sonra dünən dünyasını dəyişib.

Qeyd edək ki, şəhid 1994-cü il təvəllüdlü Röyal Ələkbərov ali hərbi təhsil alıb, Orduda tağım və daha sonra bölük komandiri kimi xidmət edib.

O, 16 oktyabr 2020-ci ildə Cəbrayıl rayon istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və İkinci Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
106
11
globalinfo.az

10Mənbələr