Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 8 dekabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatında 1/16 final mərhələsinin döyüşləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, mundialın beşinci günündə rinqə çıxan Azərbaycan millisinin 2 idmançısı adını növbəti mərhələyə yazdırıb.
Maqsud Xasmetov (63,5 kiloqram) debütdə Pasifik Niyonzima (Ruanda) ilə qarşılaşıb. Boksçumuz rəqibinə üçüncü raundda nokautla qalib gəlib. Xasmetov 1/8 finalda Ruslan Qafurovla (Tacikistan) gücünü yoxlayacaq.
Sərxan Əliyev (71 kq) isə Bonifatsi Maynanı (Keniya) mübarizədən kənarlaşdırıb. Dünya çempionatının bürünc medalçısı rəqibini 4:1 (29:28, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, 1/8 finalda Arturs Vaisla (Latviya) ilə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.