"Dil millətin milli kimliyinin əsasıdır. Həqiqətən bu istiqamətdə problemlər də mövcuddur. Reklam bazarında, efir məkanında, elmi tədqiqat əsərlərində, dərsliklərdə hələ də yeri gəldi-gəlmədi alınma sözlərdən istifadə edilməkdədir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli deyib.