AZ

ABŞ növbəti iki il ərzində Ukraynaya 800 milyon dollar dəstək ayıracaq

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi internet saytında dərc olunan və bu həftə Konqresin müzakirəsinə çıxarılacaq büdcə layihəsi 2026–2027-ci illərdə Ukraynaya dəstək üçün ümumilikdə 800 milyon dollar vəsaitin ayrılmasını nəzərdə tutur.

Editor.az xəbər verir ki, sənəddə hər iki il üçün ayrıca 400 milyon dollarlıq yardım paketi planlaşdırılır.

Layihə həmçinin Pentaqon rəhbəri Pit Hegsethdən Nümayəndələr Palatası və Senata Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsinin müvəqqəti dayandırılması və ya tam dayandırılması imkanları barədə hesabat təqdim etməsini tələb edir.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 2-də Kiyev və Vaşinqtonun birgə hazırladığı 20 bəndlik sülh planı üzərində razılığa gəldiklərini açıqlayıb. Onun sözlərinə görə, ABŞ-ın təklif etdiyi ilkin “yol xəritəsi” yenilənərək 20 bənddən ibarət yekun paketa çevrilib. Zelenski əlavə edib ki, əvvəlcə 28 maddədən ibarət olan siyahı Floridada və Cenevrədə aparılan danışıqlar zamanı qısaldılıb və dəqiqləşdirilib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
71
editor.az

1Mənbələr