AZ

Xınalıqdan qayıdan əcnəbi yolda köməksiz vəziyyətdə qaldı

Ölkəyə turist kimi gəlmiş Macarıstan vətəndaşı Quba rayonunun Xınalıq kəndindən geri qayıdarkən qarlı hava şəraiti səbəbindən idarə etdiyi avtomobillə yolda köməksiz vəziyyətdə qalıb.

Oxu.Az-ın məlumatına görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları Qımıl kəndi yaxınlığında yolun qarlı olması səbəbindən hərəkəti mümkünsüz olan “Hyundai” markalı avtomobillə qalan turistə lazımi köməklik göstəriliblər.

O, təhlükəsiz şəkildə hotelə yerləşdirilib.

Seçilən
44
17
editor.az

10Mənbələr