Bakı. Trend:
Azərbaycanda etibarlı tərəfdaşlar gömrük haqqını hissə-hissəödəyə biləcək.
Trend xəbərverir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi,Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativinkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda keçirilən"Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə deyib.
O, gömrük islahatları çərçivəsində bir neçə gün əvvəl Prezidentİlham Əliyevin imzaladığı "Etibarlı Tərəfdaş" konsepsiyasındandanışıb:
"Konsepsiya gömrük-biznes əməkdaşlığında idarəetmənintəkmilləşdirilməsini, xarici iqtisadi fəaliyyətin beynəlxalqticarət təchizat zəncirlərinin yeni tələblərinə uyğunlaşdırılmasınıvə ticarətin asanlaşdırılmasını hədəfləyir. Sənəd sahibkarlıqsubyektlərinin maraqlarının qorunmasını, gəlir sahələrininartırılmasını və gömrük xidmətlərinin modernləşməsini təmin edəcək.Konsepsiya çərçivəsində biznes subyektlərinə daha çevik ixracmexanizmləri təqdim olunur, "Made in Azerbaijan" brendininbeynəlxalq ticarət platformalarında təşviqi dəstəklənir və millidaşıyıcılar qlobal şirkətlər üçün etibarlı müraciət subyektlərinəçevrilirlər".
"Etibarlı Tərəfdaşlıq" modeli normativ-hüquqi aktlarıntələblərinə riayət edən, dövlət tərəfindən onlara verilmişimkanlardan istifadə edən iqtisadi subyektlər üçün tətbiq olunur.Bu, biznesin etimadını gücləndirir, özünüqiymətləndirməinstitutunun inkişafına təkan verir. Konsepsiya çərçivəsindəetibarlı tərəfdaşlara gömrük ödənişlərinin hissə-hissə ödənilməsi,dəstək proqramlarının hazırlanması, mütəxəssislərinformalaşdırılması və maarifləndirmə tədbirləri təmin ediləcək. Bukonsepsiyanın tətbiqi Azərbaycanın biznesinin rəqabət qabiliyyətiniyüksəldəcək, ixrac imkanlarını genişləndirəcək və ölkəmizibeynəlxalq ticarət zəncirində etibarlı tərəfdaş kimi mövqeyinimöhkəmləndirəcək", - Şahmar Mövsümov vurğulayıb.