Yanvarın 13-də, saat 11:00-da “Yelo Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.Yığıncaq Bank baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında olacaq.Yığıncağın gündəliyinə cari və təşkilati məsələlər, kredit təşkilatının nizamnaməsinin yeni redaksiyada təsdiq olunması daxildir.Xatırladaq ki, “Yelo Bank” 1994-cü ildən fəaliyyət göstərən “Nikoil Bank” ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94 %-i Marina Kulişovaya, 0,96 %-i Anar Həsənova (Bankın İdarə Heyətinin sədri), 0,1 %-i isə “İSR Holdinq” MMC-yə məxsusdur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


