Ajans.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 187 yanğına çıxış, 28 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 43 nəfər xilas edilib, 30 nəfər təxliyə olunub, 20 nəfər xəsarət alıb, əməliyyatlar zamanı 13 nəfərin meyiti təhvil verilib.