ain.az, Metbuat portalına istinadən məlumat yayır.
“Qalatasaray”ın 3-2 hesablı qələbəsi ilə yekunlaşan “Samsunspor”la matçın son dəqiqələrində baş verən mübahisəli penalti epizodu ilə bağlı müzakirələr davam edir.
Metbuat.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu epizodla bağlı açıqlama verib. ABŞ-də olan federasiya rəhbəri sərt ifadələr səsləndirib. O, “Onlar itsiz bir kənd tapıblar, çubuqsuz gəzirlər. Bunun başqa izahı yoxdur. Qayıdan kimi hər kəslə məşğul olacağam. Lazım olanı edəcəyəm” - deyə bildirib.
Qeyd edək ki, matçın sonlarında cərimə meydançasının daxilində top “Qalatasaray” futbolçunun əlinə toxunsa da penalti təyin edilməyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.