AZ

Dabaq xəstəliyinə görə 11 kənd karantinə alındı

ain.az bildirir, Unikal.az portalına istinadən.

Türkiyədə heyvanlar arasında dabaq xəstəliyi yayılmaqda davam edir.

"Unikal" xəbər verir ki, Muğlanın Milas rayonunda mal-qara fermasında dabaq xəstəliyi aşkar edildikdən sonra 11 kənddə karantin tətbiq edilib.

Qeyd olunur ki, Kemiklər məhəlləsi “mühafizə zonası” elan edilib, 30 gün ərzində iribuynuzlu və xırdabuynuzlu heyvanların karantinə alınan məhəllələrə giriş-çıxışına icazə verilməyəcək. Bu arada bölgədə minlərlə heyvana dabaq peyvəndi vurulub.

Seymur Əli  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
4
unikal.az

5Mənbələr